Dünya 16:11 23.02.2023

Bayden ikinci müddətə namizəd olmaya bilər: B planı hazırlanır - "Politico"

Ağ Ev dəfələrlə ABŞ prezidenti Co Baydenin ikinci müddətə seçilmək niyyəti ilə bağlı rəsmi açıqlamasının anonsunu verib, lakin onun tarixi daim təxirə salınır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Prezidentin köməkçiləri elanın fevralda veriləcəyini desələr də, nəşrin məlumatına görə, indi bu, aprel ayına təxirə salınıb. Jurnalistlərin fikrincə, Bayden ikinci dəfə namizəd olacağına əmin deyil, bununla əlaqədar onun administrasiyası və Demokrat Partiyası B planı hazırlayır.

"Baydenin orbitində olan, demək olar, hər kəs onun nəhayət müsbət qərar verəcəyinə inansa da, onun qərarsızlığı artıq bütün partiyanın yöndəmsiz şəkildə dondurulmasına gətirib çıxarıb. Bəzi potensial prezidentliyə namizədlər və onlarla əsas donorlar 80 yaşlı prezidentin hörmətini və ictimai dəstəyini qoruyub saxlamaqla strategiya və hətta bir növ B planı hazırlayırlar”, - məqalədə deyilir.

Politico hesab edir ki, Baydenin seçkidən çəkilmək qərarı "demokratların yarım əsrdən çox müddətdə görmədiyi siyasi zəlzələ”yə bərabər olacaq. Bu, həm də keçmiş seçki nəticələrini partiya həmkarları tərəfindən "qeyri-bərabər" adlandırılan və gələcəkdə qələbəsinə şübhə edilən vitse-prezident Kamala Harrisə "böyük diqqət" çəkəcək.

Qəzet mənbələri qeyd edirlər ki, Bayden diqqətini cari işlərə yönəldib. Sorğuların nəticələrini müzakirə etmək üçün məsləhətçi ilə arabir telefon zəngi istisna olmaqla, o, seçkiləri müzakirə etməyə az vaxt sərf edir.

"Lazım olana qədər təbliğat aparmayacağıq. O prezidentdir. Nəyə görə erkən seçkiyə dalmaq lazımdır?!", - bu barədə Baydenin məsləhətçilərindən biri bildirib.

Nizami Bağırov