Xəbər lenti

Bayden niyə onu qatil adlandırıb? – Putin görüşdə bunu ondan soruşacaqmı?
Siyasət11:56 19.05.2021

Bayden niyə onu qatil adlandırıb? – Putin görüşdə bunu ondan soruşacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bunlar gündəmdəki əsas mövzulardır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Rusiya və ABŞ prezidentləri arasındakı görüşdə, bu görüş baş tutarsa, Rusiya tərəfinin iki mövzunu müzakirə etməyi planlaşdırdığından danışarkən söyləyib. Ona görə, bunlar bütün dünyanı maraqlandıran strateji sabitlik məsələləridir. Eləcə də, ikitərəfli münasibətlərin problemləri müzakirə mövzusu olacaq.
Putinin Baydendən onu qatil adlandırmasının səbəbini izah etməsini tələb edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov "Bu insident önəmli deyil", - deyib.
Eyni zamanda, Kremlin görüşün özü və yeri ilə bağlı hələ bir xəbəri yoxdur. Peskov yenidən Ağ Evlə müvafiq razılaşmalar əldə edilən kimi jurnalistləri məlumatlandıracağına söz verib. 
Çoxları bunun bu gün Sergey Lavrovla ABŞ dövlət katibi Anthoni Blinken arasındakı görüşdə baş verəcəyini gözləyir.
Alpər