Xəbər lenti

Baydenin avantürist bəyanatı Rusiyanı haqlı çıxarmağa əsas vermir... (ŞƏRH)
Siyasət09:41 26.04.2021

Baydenin avantürist bəyanatı Rusiyanı haqlı çıxarmağa əsas vermir... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baydenin avantürist bəyanatı Rusiyanı haqlı çıxarmağa əsas verməz. Haqsızlıq edən təkcə Vaşinqton deyil, Rusiya da var”. 
Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist Bahəddin Həziyev deyib. Baş redaktor bildirib ki, Baydenin "soyqırım" ifadəsini işlətməsi Türkiyəyə böyük yanlış, hətta ABŞ-ın NATO üzrə müttəfiqinə xəyanətidir:
"Və bizə - ölkəmizə və bölgəmizə ciddi ölçüdə mənfi nəticələr doğura bilər; bunu Azərbaycan və Türkiyə öz xeyrinə çevirə də bilər. Zamanla görəcəyik. Ancaq bütün bunlar "İsgəndər-M" cinayətini və parad avantürasını arxa plana keçirməməlidir, öz torpağımızda ölkələrimizin (Azərbaycanın və Türkiyənin) bayraqları yandırılır. Bu olaylara görə cavab verməli, mövqe bildirməli olan dövlət də məlumdur - Rusiya. Ancaq Azərbaycanın özü də adekvat rəsmi səviyyələrdə cavab tələb etməlidir. Həm də daha sıx və daha israrla”.
Bahəddin Həziyev onu da əlavə edib ki, konkret zaman çərçivəsində istədiyimiz və gözlədiyimiz cavab və addım gəlməsə, bu məsələləri beynəlxalq səviyyədə ədalət mühakiməsinə daşıya bilərik:
"Ancaq indi bu hadisələri araşdırmaq üçün dövlət komissiyası, yaxud parlament istintaq qrupu yaradıla bilər. Əslində indiyədək yaradılması lazım idi. Xeyli gecikmişik əslində. Baydenin "soyqırım" sayıqlamasına daha çox taxılıb da, Qarabağın dağlıq hissəsinin Azərbaycandan qoparılması prosesini görməzdən gəlməyək”. 
Bahar Rüstəmli