Xəbər lenti

Bayılda vəziyyət necədir? (AÇIQLAMA)
Ölkə05:55 18.05.2018

Bayılda vəziyyət necədir? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq".
Qaynarinfo xəbər verir ki, bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 
O bildirib ki, mayaklar qoyulandan sonra ərazidəki dəyişiklikləri müşahidə etmək mümkün olacaq: "Çatlarda olan dəyişiklikləri gözlə görmək mümkün deyil, mütləq mayaklar qoyulmalıdır".
Ə.Qaralov qeyd edib ki, qışda, yanvar ayında baş verən sürüşmə ərazisində aparılan işlərin hesabatı hazırlanır: "Hesabatın hazırlanması işini sürətləndirmişik. Çalışırıq vaxtından əvvəl hesabatı hazırlayıb təqdim edək".