Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin müvəqqəti ələ keçirdiyi Zmeinıy adasında Rusiyanın "Tor” taktiki zenit-raket kompleksini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə mayın 6-da "Cənub" əməliyyat komandanlığı müvafiq videonu yayaraq məlumat verib.
Rusiyanın hava hücumundan müdafiə sistemini üç tərəfdən tikili ilə örtüləcək şəkildə yerləşdirdiklərini, lakin bunun da onu "Bayraktar” pilotsuz uçuş aparatından xilas etmədiyini göstərir.