Xəbər lenti

Bayram günü 26˚ isti olacaq
Ölkə08:23 08.05.2015

Bayram günü 26˚ isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyinə keçəcək.

Havanın temperaturunun gecə 8-13˚, gündüz 15-20˚ isti olacağı gözlənilir.

Mayın 9-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı etimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 8-13˚, gündüz 21-26˚, dağlıq ərazilərdə gecə 2-7˚, gündüz 10-15˚ isti olacaq.

Qaynar.info