Xəbər lenti

Bayram Kürdəxanılının ölümündən əvvəl baş verən qəribə olay (VİDEO)
Maqazin07:10 02.02.2020

Bayram Kürdəxanılının ölümündən əvvəl baş verən qəribə olay (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ARB TV-nin "Üçəlli” verilişində "Gizlənpaç” filmi ilə bağlı maraqlı sujet yayımlanıb.
Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:
"Çəkiliş günü içi mən qarışıq hamı kəfən geyinməli idi. Bayram Kürdəxanılı dedi ki, yox mən getdim. Dedik xahiş edirik, iş yarıda qalır axı. Dedi ki, yox qardaşım, kəfənin düşəri-düşməzi olar, geyinə bilmərəm.
Dedim mən də onu geyinəcəm, pessimist düşünmə. Dedi ki, nə geyimdə gəlmişəmsə, o geyimdə çəkilim, alınmırsa, mən gedim. Biz də məcbur razılaşdıq. Bayramı çəkdik. Təəssüf olsun ki, o filmdən sonra Bayram Kürdəxanılı rəhmətə getdi. Çox dəhşətli bir şeydir”.