Xəbər lenti

Bayram namazının vaxtı dəyişə bilər
Ölkə07:54 02.10.2014

Bayram namazının vaxtı dəyişə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı dəyişə bilər.

Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ayın görünməsindən asılı olaraq bayram namazı oktyabrın 4-ü və ya 5-i səhər saat 9:00-da qılına bilər.

İdarədən o da bildirilib ki, “Təzə Pir” məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq. Lakin Qurban bayramının dəqiq vaxtı ayın görünməsindən asılı olduğu üçün ay göründüyü təqdirdə oktyabrın 4-ü də bayram namazı qılına bilər. “İstənilən halda oktyabrın 4-ü “Təzə Pir” məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılmaları üçün hər cür şərait yaradılacaq”, - deyə QMİ-dən bildirilib.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-ü və 5-i qeyd ediləcək.

Qaynar.info