Xəbər lenti

Bayrama görə bu yollar bağlandı - SİYAHI
Ölkə08:21 19.03.2015

Bayrama görə bu yollar bağlandı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. 
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, “Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, dənizkənarı bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək.
Bunu nəzərə alaraq, paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü km-dən, 20-ci Sahə dairəsindən, “Dalğa Plaza” hotelinin yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Qaynar.info