Xəbər lenti

Bayramov Erika Olsonla bölgədə mövcud vəziyyəti müzakirə etdi
Siyasət12:59 06.11.2021

Bayramov Erika Olsonla bölgədə mövcud vəziyyəti müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini, xanım Erika Olsonla post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.
Nazir üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar ilə bağlı qarşı tərəf məlumat verib.