Xəbər lenti

BDU-dan həbs olunan müəllimlə bağlı açıqlama
Ölkə07:49 12.09.2014

BDU-dan həbs olunan müəllimlə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Baş Prokurorluğun Bakı Dövlət Universitetində saat hesabı ilə müəllim işləyən Kamran Əsədovla bağlı yaydığı məlumata universitetdən rəsmi açıqlama gəlib.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Kamran Əsədov əvvəllər universitetdə saat hesabı dərs keçsə də, heç vaxt ştatlı işçi olmayıb. Onun sözlərinə görə, həmin müəllimə bu il universitetdə, ümumiyyətlə, dərs yükü verilməyib. 

Xatırladaq ki , Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki , Kamran Əsədov Bakı şəhər sakinini Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd edərək ondan 3000 manat pul tələb edib və cinayət başında yaxalanaraq haqqında Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi açılıb.

Maraqlıdır ki, Kamran Əsədovun tələbələri onun Facebook hesabında hadisəyə üzüldüklərini və inana bilmədiklərini bildiriblər. Sözügedən foto da Əsədovun facebook hesabından götürülüb.

Qaynar.info