Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib: "Sürəti yox, həyatı seçin!"
Qaynarinfo bu barədə BDYPİ-yə istinadla xəbər verir.
"Yollarda sürət həddinə riayət etmək yalnız sizin deyil, ətrafınızdakı hər kəsin təhlükəsizliyini təmin edir. Bir neçə saniyə avtomobili sürətli idarə etmək həyatınızı riskə atmaq deməkdir.
Əziz sürücülər, yolda sürət hər zaman seçim məsələsidir və seçiminiz həyatınıza təsir edə bilər. Unutmayın ki, hər sürətli hərəkət potensial bir riskdir. Bu riski minimallaşdırmaq və həyatı doya-doya yaşamaq üçün sürət həddinə diqqət edin. Sürəti yox, həyatı seçin!” – müraciətdə deyilir.
Qəzalarda ölüm riskini göstərən cədvəli təqdim edirik:
Qaynar