Nar, portağal, limon və brokoli bədəninizi nikotindən təmizləməyə kömək edən qidalardır.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya dietoloq Mariya Kapralova məlumat verib.
"Nar sərxoşedicilərlə (siqaret, alkoqol və orqanizm üçün zəhərli olan digər maddələr) mübarizədə ən yaxşı vasitə hesab olunur. Bundan əlavə, nar qanın keyfiyyətini və ümumilikdə qan dövranını yaxşılaşdırır”, deyə Mariya Kapralova bildirib.
Dietoloqun sözlərinə görə, siqaret çəkənlər gündəlik qida rasionuna sitrus meyvələri və zəncəfil də əlavə etməlidirlər:
"Portağal və limon maddələr mübadiləsini sürətləndirir. Və zəncəfil kökü immunitet sistemini dəstəkləyir, müxtəlif növ toksinlərlə mübarizə aparmağa kömək edir, həmçinin siqaretə olan həvəsi azaldır".
Həkim siqaret çəkənlər üçün faydalı məhsullar sırasına kivi, brokoli və təzə otlar əlavə edib:
"Kivi həzmi yaxşılaşdırır və depressiya ilə mübarizə aparır, çünki siqaret çəkənlər çəkməyənlərə nisbətən bundan daha çox əziyyət çəkirlər. Brokoli metabolik və ifrazat proseslərini tənzimləyir, təzə otlar bütün bədəni təmizləməyə kömək edir".
Aydın
Şərhlər