
Ötən mövsüm karyerasını başa vuran Devid Bekhem futboldan ayrıla bilmir.
Qol.Az-ın məlumatına görə, Bekhem ABŞ MLS liqasında çıxış edən klublardan birini satın almağı planlaşdırır.
2007-2012-ci illərdə "Los Angeles Qalaksi" klubunda forma geyinən İngiltərə futbolunun əfsanəsi adı çəkilməyən bir klubun hissəsinin 25 faizini almağa çox yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Bekhemin həmin klubun adını ilin sonunda açıqlayacağı gözlənilir.