
Bakıda keçiriləcək Avropa çempionatında yığmamızın rəqiblərindən olan Belçikanın 17 yaşadək futbolçulardan ibarət millisinin (U-17) yekun heyəti açıqlanıb.
Qaynarinfo.az xəbər verir ki, Belçika U-17-nin baş məşqçisi Tyerri Sike 19 futbolçunu Bakıya gətirəcək. Heyətdə Hollandiya, Fransa, İngiltərə, İtaliya kimi aparıcı ölkələrdə çıxış edən 7 legioner var. Onu da bildirək ki, "Ayaks"dan Françesko Antonuççi və "Anderlext"in bəzi futbolçuları 2 il əvvəl U-15-lər arasında keçirilmiş "Qəbələ Kuboku"nun qalibi olublar. Belə ki, "Anderlext" U-15-i sonuncu dəfə keçirilmiş həmin turnirdə "Fənərbaxça"ya 1:0 hesabı ilə qalib gəlmişdi.
Bakıya gələcək heyət belədir: Françesko Antonuççi ("Ayaks", Hollandiya), Adrian Boncovanni ("Monako", Fransa), İndi Boonen, İlyas Muta Sebtaui (hər ikisi "Mançester Yunayted", İngiltərə), Sebastian Bornauv, Milan Korrin, Hann Delkrua, Dam Fulon, Mil Svilar (hamısı "Anderlext"), Ksian Emmers, Zinyo Vanhösden (hər ikisi "İnter", İtaliya), Natanel Frenoy ("Standard"), Sufian Karkaş, Lui Openda, Dauda Peters, Jül Vanhakke (hamısı "Brüqqe"), Tibo Verlinden ("Stok Siti", İngiltərə), Lui Verstrate ("Qent").
Qeyd edək ki, ötən il Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinaladək irəliləmiş Belçika yığması 2 gün əvvəl Tübizdə "Qent" klubunun U-21 komandasını 4:0 hesabı ilə darmadağın edib. Belçika millisi mayın 1-də saat 21:10-da Bakıya gələcək.
Qaynarinfo.az