Xəbər lenti

Belə bir dönəmdə Türkiyənin siyasi dəstəyi olduqca önəmlidir - Deputat
Siyasət14:16 06.10.2020

Belə bir dönəmdə Türkiyənin siyasi dəstəyi olduqca önəmlidir - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mövlüd Çavuşoğlunun jurnalistlərə açıqlamasında da biz Türkiyənin qətiyyətini görürük”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan-Türkiyə çox yaxın dost, qardaş dövlətlərdir:

"Onların çətin günlərdə bir-birinin yanında olması artıq tarixdir. Bu baxımdan Azərbaycanın işğal altında olan torpaqlarını Ermənistan silahlı qüvvələrindən təmizlədiyi bir dönəmdə Türkiyənin siyasi dəstəyi olduqca önəmlidir. Xarici İşlər nazirinin səfəri iki ölkənin bundan sonra birgə əməkdaşlıq məsələləri, Azərbaycanın bu günündə Türkiyənin ona siyasi dəstək verməsi və eyni zaman hər iki ölkəni narahat edən müəyyən məsələlərin müzakirəsi şübhəsiz ki, gündəlikdə olan mövzulardandır. Mövlüd Çavuşoğlunun jurnalistlərə açıqlamasında da biz Türkiyənin qətiyyətini görürük. Azərbaycan heç zaman Türk dövlətinin, xalqının bu münasibətini unutmayacaq”.

 

Aydın Mirzəzadə hesab edir ki, bugünkü reallıq Azərbaycan-Türkiyə dostluğunun nəticəsidir:

"Bizim dostluğumuz demək olar ki, bütün sahələri əhatə edir. Şübhəsiz tərəflər təkcə Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda deyil, eyni zamanda birgə layihələr, ölkələr qarşısında olan məsələlərin analizi, beynəlxalq birlikdə birgə fəaliyyətini də müzakirə ediblər”.

Bahar Rüstəmli