Xəbər lenti

“Belə görüşlər adətən gərginliyi aradan qaldırmaq üçündür" - Politoloq
Siyasət10:57 30.12.2022

“Belə görüşlər adətən gərginliyi aradan qaldırmaq üçündür" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belə görüşlər adətən gərginliyi aradan qaldırmaq üçündür. Görüşə ehtiyac da elə bu səbəbdən yaranıb”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranın ölkəmizdəki səfiri Abbas Musavi ilə baş tutan görüşünü şərh edərkən deyib. Politoloq bildirib ki, indiki məqamda Azərbaycanla münasibətlərin düşmənçilik səviyyəsində olması Tehrana sərf etmir: 
"İndiki dövrdə iki qonşu dövlətin düşmənçiliyi nə İrana, nə də Azərbaycana sərf etmir. İran daxildə baş qaldıran etirazlarla bağlı olaraq çətin duruma düşüb. Bu ölkənin iqtisadiyyatı da böhran vəziyyətindədir. İnsanlara əmək haqlarının verilməsində ciddi problemlər yaşanır. Belə vəziyyətdə regionun strateji ölkəsi olan Azərbaycanla münasibətlərin düşmənçilik səviyyəsində olması Tehrana sərf etmir. Bu səbəbdən düşmənçiliyi aradan qaldırmaq, gərginlik müstəvisini dəyişməyə ehtiyac var”. 
Amma həmsöhbətimiz bu görüşdən sonra İranla Azərbaycanın dost olacağına əmin deyil:
"Bu baş verməyəcək. Çünki fars rejiminin əsas problemi türk düşmənçiliyidir. Onlar bütün siyasətlərini onun üzərində qurublar. Ona görə də həmin görüşlə gərginliyin azalacağını zənn etmirəm. Sadəcə olaraq, bu görüş bir-birilərinə qarşı düşmənçilik etmədən bundan sonra da əməkdaşlığı qarşılıqlı maraqlar çərçivəsində davam etdirməkdən ibarət ola bilər. Görüşün əsas mahiyyəti də buna xidmət edir”. 
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri  şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Abbas Musavi ilə görüşüb. 
Rüfət Sultan