Siyasət 16:33 06.12.2022

Bəli, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər alıb - Ağacanyan

Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb. 

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.

"Bəli, doğrudan da, Ermənistan tərəfi Azərbaycanın təkliflərini alıb ki, bu da faktiki olaraq erməni tərəfinin təkliflərinə cavabdır. Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. Nə qədər ki, bu məsələlər ictimailəşdirilməyə açıq deyil, mən təfərrüatları açıqlaya bilmərəm”, - o deyib.

SE xatırladır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının sülh yolu ilə nizamlanmaya dair saziş layihəsini hazırlayıb İrəvana təqdim etdiyini bildirib. O, həmçinin respublikalar arasında danışıqların üçüncü raundunun 2022-ci ilin sonuna qədər baş tuta biləcəyini istisna etməyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan parlamentin tribunasından çox müzakirə olunan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib. O, İrəvan Ermənistan-Azərbaycan sərhədinin demilitarizasiyasından, qoşunların qarşılıqlı şəkilıdə çıxarılmasından başlamağın və bunun üçün sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarıdır.
 
Alpər