Xəbər lenti

Bərbad təhsilin günahı kimdədir: Müəllimdə, yoxsa...? - Ekspert
Ölkə06:37 05.09.2023

Bərbad təhsilin günahı kimdədir: Müəllimdə, yoxsa...? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhsil belə müəllimlərin ucbatından batır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi sertifikasiya imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimin gələcək taleyindən danışarkən deyib. O, 743 müəllimin sertifikasiya imtahanından keçməməsi acınacaqlı durum hesab edir: 
"Bunlara hər hansı güzəştin olması doğru yanaşma deyil. Çünki ən azı bir il vaxt verilmişdi. Onlar da göstərilən müddətdə bu şansı dəyərləndirməli idilər. Əgər, kimsə öz üzərində işləmirsə, müvafiq olaraq övladlarımızı bədbəxt edirsə, onun bilik və bacarıqları müvafiq olaraq müasir təhsil proqramlarına yaddırsa, həmin şəxslərin təhsildə qalmasına humanist yanaşmalı deyilik. Yox, əgər kimsə məhz həmin şəxslərin sayəsində vətəndaşların balasının bədbəxt olmasına razılıq verirsə, o zaman onun öz seçimi və qararıdır”. 
Elçin Əfəndi bu gü həmin müəllimlərin sinifə daxil olub 25-30 şagirdə dərs verdiyini qeyd edib: 
"Həmin şagirdlərin taleyi necə olacaq, bunu düşünən yoxdur. Hər kəs müəllimlərin taleyini fikirləşir. Yəni, ilk növbədə bunu müəllimlər özləri bunu düşünməli, özlərini inkişaf etdiməli idilər. Bu istiqamətdə bilik və bacarıqlarını artırmalı idilər. Bunu etməyiblər, prosesdən keçməyiblərsə, onlara hər hansı bir imkanın yaradılması da doğru deyil. Müəllim sait və samitləri ayrıd edə, qalıqlı bölməni izah edə bilmirsə, bizim övladlarımıza hansı formada dərs verə bilər? İndi humanist yanaşaq, sonra da deyək ki, təhsil batır?”. 
Ekspert hesab edir ki, belə müəllimlər təhsil sistemindən təmizlənməlidir: 
"Bunlar getməlidir ki, bilik və bacarıqlı müəllimlər gəlib onların yerini tutsun. Bu günə qədər işə qəbul prosesi kortəbii aparılıb. Kim harda gəldi, rüşvət, yaxud tanışlıqla işə götürülüb. İndi də sertifikasiya onları bir-bir ələyir. Proses elə belə də olmalıdır”.
Qeyd edək ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. 
Bahar Rüstəmli