Almaniya kansleri Olaf Şolts bildirib ki, Afinanın Kiyevə silah göndərməsi üçün Berlin Yunanıstana ağır hərbi texnika ötürəcək.
Şolts qeyd edib ki, Almaniya Yunanıstanı zirehli transportyorlarla təmin edəcək və bundan sonra Afina Ukraynaya sovet tipli silahlar göndərə biləcək. Kansler hansı silah növündən söhbət getdiyini açıqlamayıb.
"Müdafiə nazirlikləri təfərrüatları işləyəcək və bu razılaşmanı tez bir zamanda həyata keçirəcək", deyə kansler bildirib.
Nizami Bağırov