"Beşiktaş"ın prezidenti Fikrət Orman "Barselona"nın futbolçusu Arda Turanı transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, klub rəhbəri yarımmüdafiəçini almağı düşünmədiklərini deyib:
"Arda bəyəndiyim oyunçudu. Türkiyənin önəmli markalarından biridi. Komandamızda Ardanın oynadığı mövqedə oyunçu çoxluğu var. Ardanın "Beşiktaş" formasını geyinməsini itəyərəm. Amma hazırda o, gündəmimizdə yoxdu".
Qeyd edək ki, Arda Turanın dünən İstanbulda qarşılaşdığı azarkeşlərə "Beşiktaş"a hə dedim. "Barselona" ilə anlaşa bilsələr gələrəm" dediyi iddia olunub.