
Anası otağı bir neçə dəqiqə tərk edən uşaq stula dırmaşaraq pəncərənin qabağına çıxıb
Rusiyanın Surqut şəhərində yaşyarımlıq körpə beşinci mərtəbənin pəncərəsində yıxılsa da, yalnız çənəsindən, burnundan və alnından cüzi cızıqlar alıb.
ANS PRESS yerli polis idarəsinə istinadən bildirir ki, anası otağı bir neçə dəqiqə tərk edən uşaq stula dırmaşaraq pəncərənin qabağına çıxıb. Sonra ağcaqanadlar üçün çəkilmiş toru qopararaq yıxılıb. Uşaq və anası xəstəxanaya aparılıb.
Qaynar.info