Xəbər lenti

Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutuldu
Ölkə19:45 26.02.2018

Beynəlxalq axtarışda olan azərbaycanlı Ukraynada tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. 
Qaynarinfo "Report”a istinadən  xəbər verir ki, bu barədə sözügedən vilayətin polis idarəsi məlumat yayıb.
Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz yaşayıb.
Ona qarşı Ukrayna ərazisində yaşama qaydalarının pozulmasına görə inzibati protokol tərtib olunub.