Xəbər lenti

Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq müddəti uzadıldı
Siyasət16:38 05.06.2015

Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi və onun qüvvədəolma müddətinin uzadılması haqqında 2015-ci il martın 18-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib. 

Ədliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Qaynar.info