Xəbər lenti

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın azad olunmasını tələb edir
Siyasət11:20 24.07.2015

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın azad olunmasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Bakıda məhkəməsi başlayan Xədicə İsmayılovanın müdafiəsinə həsr olunmuş bəyanat yayıb.

"Xədicə İsmayılovanın və bütün digər jurnalistlərin azad edilməsi Azərbaycan hökuməti üçün doğru qərar olardı və onun beynəlxalq imicinin yaxşılaşdırılmasına şərait yaradırdı", - deyə təşkilatın sədri Nina Oqnyanova bildirib.

"Azadlıq" radiosunun məlumatına görə, bəyanatda xatırladılır ki, Azərbaycanda ən az 7 jurnalist və bloger həbsdədir, beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyır və onların azad edilməsini tələb edir. Konkret olaraq Xədicəyə gəlincə, o, saxta iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs olunub.

Qeyd edək ki, irəli sürülmüş ittihamlara əsasən jurnalist uzunmüddətli həbs cəzasına məhkum edilə bilər.

Qaynar.info