Xəbər lenti

"Forbes" ilin ən çox qazanan müğənnisinin adını açıqladı
Maqazin06:13 21.11.2017

"Forbes" ilin ən çox qazanan müğənnisinin adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünya şöhrətli ABŞ-lı müğənni Beyonce musiqi dünyasında ən çox qazanan qadın statusuna sahib olub.
"Qaynarinfo" xəbər verir ki, Forbes jurnalı bu barədə açıqlama verib və Beyoncenin 1 iyun 2016 - 1 iyun 2017-ci il dövründə vergilərdən əlavə 105 milyon dollar qazandığını bildirib. Müğənni 2016-cı il aprel ayında çıxartdığı "Lemonade" adlı albomu ilə uğur qazanıb və "Formation World Tour" adlı dünya turunda böyük məbləğdə pul əldə edib. 
İngilis müğənni Adele 69 milyon dollarla 2-ci, ABŞ-lı Teylor Svift isə 44 milyonla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Madonna, Lady Gaga, Selena Qomez, Ariana Qrande kimi məşhur müğənnilər ilk 10-luğa düşə bilməyiblər.
Gülşən
Qaynarinfo.Az