Xəbər lenti

Bəzi çaylardan sel keçəcək (XƏBƏRDARLIQ)
Ölkə 16:53 19.09.2025

Bəzi çaylardan sel keçəcək (XƏBƏRDARLIQ)

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
--> -->