Xəbər lenti

"Bəzi ölkələr İsraillə tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır"
Siyasət12:35 26.04.2021

"Bəzi ölkələr İsraillə tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizim münasibətlərimiz təkcə sözdə deyil, əməli işdə də strateji münasibətlərdir. Biz bir-birimizi anlayırıq. Mənim fikrimcə, bu münasibətlərin əsasını xalqlarımız arasında əlaqə təşkil edir".
Qaynarinfo-nun xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin İsraildə çıxan nüfuzlu "Israel HaYom” qəzetində dərc olunmuş məqaləsində yer alıb.
O bildirib ki, İsrail-Azərbaycan münasibətləri tarixən səmimi anlaşmaya əsaslanır: "Azərbaycan ilə sabit yaxşı münasibətlər bütün dünyada yəhudi xalqının mənafeyinə uyğundur, lakin bəzi ölkələr bizim tərəfdaşlığımıza və əməkdaşlığımıza ziyan vurmağa çalışır".