
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayış evlərinin yerləşdiyi ərazidən keçən su borusu partlayıb.
Qaynar.info-nun publika.az-a istinadən xəbərinə görə, nəticədə evləri su basıb, bəzi evlərin hasarı uçub. Hadisə səhər saatlarında baş verib.
Qeyd edək ki, su borusu Binəqədi yolu istiqamətində yerləşən yaşayış evlərinin yanından keçir.
Qaynar.info




