Xəbər lenti

Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərləndi
Ölkə08:07 03.02.2020

Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvar rayonunda kütləvi zəhərlənmə olub.
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 1958-ci il təvəllüdlü Əhmədov Adil Ələsgər oğlu, həyat yoldaşı Xasıyeva Cahanşah Məhəmməd qızı və övladları, 1991-ci il təvəllüdlü Əhmədov Amil Adil oğlu və 1997-ci il təvəllüdlü Əhmədova Sevanə Adil qızı qidadan zəhərləniblər. Ailə üzvlərinə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün onlar Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.
Məlumata görə, ailə üzvləri evlərində özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.