
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ" - "Zalsburq” matçı öncəsi bilet işbazları yenidən fəaliyyətlərini genişləndiriblər. Fanat.az xəbər verir ki, oyuna olan böyük maraq işbazların əlinə böyük şans verib.
Beləki, indidən işbazlar aldıqları 1 manatlıq biletləri 4-5 manata Tofiq Bəhramov adına Respublika Stadionunun girişində vətəndaşlara satırlar. Vətəndaşalr kassalara yaxınlaşıb bilet almaq istəsələr də, onlara artıq bir manatlıq biletlərin qalmadığı bildirilir. Maraqlıdır kassada bilet olmadığı halda, bəs necə olur müəyyən adamların əlində yüzlərlə bilet var? Bu imkanı onlara kim verib?Tofiq Bəhramov adına Respublika Stadionunun önündə bilet işbazların qeydə alınmış görüntülərini təqdim edirik.
Qaynar.info