Xəbər lenti

Binədə aksiya: polis döydü, telefonlarını aldı
Ölkə13:12 08.11.2014

Binədə aksiya: polis döydü, telefonlarını aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binə qəsəbəsində, "Sovxoz ərazisi" adlanan yaşayış massivində etiraz aksiyası keçirilib. Qaynar.info Azadlıq Radiosuna istinadən xəbər verir ki, son günlər yağan yağışdan sonra massivə gələn yolların bərbad günə düşməsinə etiraz olaraq sakinlər bu gün səhər marşrutların qarşısını kəsiblər. 

Onlar icra nümayəndəsindən bu məsələnin həllini yardımçı olmağı istəyiblər. Aksiya iştirakçıları bildiriblər ki, "yollarımız bərbad vəziyyətdədir. Yağışdan sonra marşrutlar bura gəlmir. Hər gün məcbur qalıb 3-4 kilometr piyada gedirik. Nəticə olmasa sabah aksiyanı davam etdirəcəyik". 

Sakinlər onlara qarşı edilən rəftardan da şikayətləniblər. 

Polis hadisə yerinə əlavə qüvvələr göndərib. Hadisəni telefonla çəkənlər döyülüb, onların telefonları əllərindən alınıb qırılıb. Bir neçə nəfər həbs olunub. 

Tutulanlar Xəzər rayon Polis Şöbəsinə aparılıb. 

Qaynar.info