Xəbər lenti

Binəli Yıldırımdan YAŞAT-a 1000 manat ianə
Ölkə17:18 04.11.2021

Binəli Yıldırımdan YAŞAT-a 1000 manat ianə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.
Qaynarinfo xəbər verir ki, B.Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib.
Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.