Xəbər lenti

Binəqədi sakinləri icra başçısından "taxta qayıq" istədilər - FOTOLAR
Ölkə09:16 30.12.2013

Binəqədi sakinləri icra başçısından "taxta qayıq" istədilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi sakinləri İcra Hakimiyyətindən "taxta qayıq" istəyirlər. 

Belə ki, rayonun bir sıra ərazilərində piyada və nəqliyyatla hərəkət etmək mümkün deyil. Bu barədə Qaynar.info-ya Binəqədi rayonu "Süleyman Sani Axundov küçəsi"nin sakinləri şikayət ərizəsi yazıblar.

Sakinlər yazılar ki, bir balaca yağış yağmamış evdən küçəyə çıxmaq olmur: "Azərbaycan Beynəlxaq Universiteti bağlandıqdan sonra yollarımız bərbad vəziyyətə düşüb. Bir az yağış yağan kimi özümüzü gölməçələr ərazisində hiss edirik. Adım atmaq mümkün olmur, dəfələrlə şikayət etməyimizə baxmayaq kimsə bizlə maraqlanmayıb. Son çıxış yolu olaraq media qurumlarına şikayət yazmaqda gördük. Xahiş edirik Binəqədi İcra Hakimiyyətin məhsul şəxsləri "qızıl vaxt"larından ayırıb, bir az da bizimlə maraqlansınlar. Burada da insanlar yaşayır. Əgər küçələri, yolları düzəldə bilmirlərsə, onda heç olmasa, bizə beş-altı taxta qayıq versinlər".

Qaynar.info