
Qazax rayonunda ağac əkini artıq bir ənənə şəklini alıb.
Bu ənənəyə uyğun olaraq mart ayının ilk günündən rayonda ağac əkimi kampaniyasına başlanılıb.
Ağac əkimi rayonun Bakı-Qazax magistiral yolunun 40 km hissəsində, eyni zamanda yaşıllıq tələb olunan sahələrdə həyata keçirilir. Yolun sağ və sol tərəflərinə yeni şitillər basdırılır. Əkilən ağaclar suvarılaraq aqrotexniki qaydada qulluq göstərilir.
Ağac əkimi kampaniyasında bütün rayon sakinləri fəal iştirak edirlər. Bu gün 3 mindən çox rayon sakini ağac əkilib.
Qazax rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov ağac əkini kampaniyasında iştirak edib.
Rayonda ağac əkini kampaniyası sürətlə aparılır. Təkcə bu gün rayon ərazisində 20 mindən çox ağac əkilib. Mart ayının sonuna kimi rayon ərazisində 50 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.
Cavid







