Xəbər lenti

Bir gündə 3 nəfər boğuldu
Ölkə09:56 23.07.2014

Bir gündə 3 nəfər boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən Azərbaycanda 3 nəfər suda boğulub.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə hadisə İmişli rayonunda baş verib.

Belə ki, Tamerlan Şirinov rayon ərazisində Qarabağ kanalında çimərkən baş verib. Onun meyidi sudan çıxarılıb.

Digər hadisə Hacıqabul rayonu Ağacanlı kəndinin ərazisində baş verib. Belə ki, Şirvan şəhər sakini Əlvan Şirinov Kür çayında çimərkən boğulub. Onun da meyidi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Bundan başqa, Xəzər dənizində də bir nəfər batıb. Araşdırmalar zamanı meyidi sudan çıxarılan şəxsin Astara rayon sakini Faiq Fətullayev olduğu məlum olub.

Qaynar.info