Xəbər lenti

Bir gündə iki məhbus xəstəlikdən öldü
Ölkə14:57 30.04.2013

Bir gündə iki məhbus xəstəlikdən öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda bir gündə iki məhbus xəstəlikdən dünyasını dəyişib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Müəssisədə müalicə olunan məhbuslar – 1951-ci il təvəllüdlü Məhəddin Şirinov və 1953-cü il təvəllüdlü Saməddin İsmayılov xəstəlikdən dünyasını dəyişiblər.

Dünyasını dəyişən məhkumların hər ikisinin meyiti ekspertizadan keçirilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra onların ölümünün səbəbləri məlum olacaq.

Qeyd edək ki, M.Şirinov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 10 il, S. İsmayılov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər ikisi bir neçə ilə əvvəl məhkum olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info