Xəbər lenti

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
Ölkə 20:48 19.07.2026

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı

Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb. 

Bu barıdə Qaynarinfo-ya FHN-dən məlumat verilib.
 
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->