Xəbər lenti

Bir neçə rayonun qazı kəsiləcək
Ölkə07:45 22.11.2013

Bir neçə rayonun qazı kəsiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın bir neçə rayonu qazsız qalacaq. ANS PRESS-in məlumatına görə, "Azəriqaz" İB təmir işləri ilə əlaqədar bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər tətbiq edəcək.

Belə ki, bu gün saat 09:00-dan Şəki rayonuna və Siyəzən rayonunun bir hissəsinə, saat 09:00-dan 18:00-dək İsmayıllı, Xızı və Abşeron rayonlarının bir hissəsinə, saat 10:00-dan Suraxanı rayonunun bir hissəsinə, saat 10:00-dan 12:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Ucar, Xətai, Tovuz və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz məhdudiyyətlərlə veriləcək.

Həmçinin saat 11:00-dan 12:00-dək Nizami rayonunun bir hissəsinə, saat 11:00-dan 14:00-dək Sumqayıt şəhərinin bir hissəsinə, saat 11:00-dan 18:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək isə Səbail rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.


Qaynar.info