Xəbər lenti

Bir nəfər su anbarında batdı
Ölkə18:58 21.07.2015

Bir nəfər su anbarında batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə bir nəfər su anbarında batıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir şəhərində 1 nəfər su anbarında çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.
Qusarda isə yanğın hadisəsi qeydə alınıb.
Rayonun Həzrə kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və birinci mərtəbəsinə yığılmış 7,5 ot bağlaması yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info