Xəbər lenti

“Bir qrup ölkə digər qrup ölkəni öyrətməməlidir”
Siyasət16:35 26.04.2016

“Bir qrup ölkə digər qrup ölkəni öyrətməməlidir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu Alyansın gələcəyi o zaman olacaq ki, hamımız eyni hüquqa malik olaq”.

Bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Konstantin Şuvalov söyləyib. 

O deyib ki, bir qrup ölkə digər qrup ölkəni öyrətməyə cəhd göstərsə, Alyansın səylərinin nəticəsi olmayacaq: “Elə bir iş aparılmalıdır ki, öz ölkələrində azlıqlar öz dövlətləri tərəfindən müdafiə olunsun. KİV-lərlə daha yaxından işləmək lazımdır. KİV-ləri sövq etmək lazımdır ki, zorakılığa təhrikdən çəkinsinlər, əksinə, sülh şəraitində birgə yaşayışı təşviq etsinlər”. 

Qaynarinfo.az