Xəbər lenti

Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Siyasət 18:10 28.07.2025

Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır

Medianın İnkişafı Agentliyi saxta hesablarla bağlı çağırış edib.

Qaynarinfo quruma istinadən xəbər verir ki, bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından "deep fake” texnologiyası ilə hazırlanan, reallığı əks etdirməyən açıqlamalar yayılıb.

"Qeyd edirik ki, müəyyən dairələr tərəfindən süni intellektin köməyi ilə hazırlanan və informasiya mühitində yayılan silsilə xarakterli saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönələn kobud manipulyasiya nümunəsidir. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, - açıqlamada bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->