Xəbər lenti

“Bir tərəfim azərbaycanlıdır” - Mahsun
Maqazin19:15 04.02.2015

“Bir tərəfim azərbaycanlıdır” - Mahsun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül rejissoru olduğu "Möcüzə"filminin təqdimat mərasiminə qatılıb.

"Qafqazinfo"nun məlumatına görə, media nümayəndələri ilə bir araya gələn sənətçi Bakı haqda təəssüratlarını bölüşüb:

“Bakını görüb heyran oldum. Uzun müddətdən sonra burada olmaqdan məmnunam. Mənim də bir tərəfim azərbaycanlıdır. Şəhəriniz çox gözəlləşib, binalar ucaldılıb. Lakin istəyirəm ki, dövlət şəhərin görünüşünə önəm verdiyi qədər sənətə də diqqət ayırsın. Arzulayıram ki, incəsənət Azərbaycanda inkişaf etsin”.

Qaynar.info