Xəbər lenti

Bir video ilə internetdə məşhurlaşan tovuzlu danışdı
Ölkə17:34 04.03.2018

Bir video ilə internetdə məşhurlaşan tovuzlu danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı sakinlərini öz kəndinə fərqli formada dəvət edən və bununla bağlı çəkdiyi video ilə internetdə məşhurlaşan Tovuz sakini "Xəzər Xəbər"ə məqsədini açıqlayıb.
Tovuzun Sarıtala kənd sakini Murquz Yahyayev bir neçə ay əvvəl çəkdiyi video ilə qısa vaxtda məşhurlaşıb. 100 minlərlə insan onun vidosuna baxaraq bəyənib. 28 yaşlı Murquz heç bir universitetdə təhsil almayıb, çörəyini təmir işlərindən çıxarır. Internetdə yayılan videoda öz doğma kəndini tərifləyərək insanları şəhərdən kəndə çağırır.
Murquz Yahyayevin sözlərinə görə, bu videonu çəkərkən insanların marağına səbəb ola biləcəyini ağlına belə gətirməyib.
Murquz deyir ki, videonu çəkməkdə məqsədi yaşadığı yerin gözəlliyini göstərmək, kəndə turist axınına təkan vermək olub. Onun sözlərinə görə, bu videodan sonra həqiqətən də yaşadığı kəndə maraq artıb.
Murquz Yahyayev belə videolar paylaşmağa davam edəcəyini deyir. Onun sözlərinə görə, hələ kənddə göstərilməli kifayət qədər maraqlı məkanlar var. Bunun üçün o, özünə fotoaparat da alıb.