Xəbər lenti

Birinci vitse-prezidentdən Ramazan təbriki
Ölkə14:08 25.04.2020

Birinci vitse-prezidentdən Ramazan təbriki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Qaynarinfo xəbər verir ki, Birinci vitse-prezidentin "Instagram" akkauntunda yer alan paylaşımda deyilir: 
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!"