P2P investisiya platforması olan "BitMEX”-in təsisçisi Artur Heyes "CNBC”-dəki "Fast Money” proqramının qonağı olub. O, qeyri-adi proqnozu ilə yadda qalıb: Bitcoin ilin sonunadək 50 min dollara yüksələcək.
Heyesin fikrincə, Bitcoin-in əvvəlcə 20 min, sonra isə 50 min dollara çatması üçün yalnız bir hüquqi tənzimləmə etmək kifayətdir.
"Bir ildə 20 min dollara qədər yüksələn bir şeyin düzəltmə edərək 6 min dollara enməsi çox normaldır. Bu düzəliş dalğasının ən aşağı səviyyəsi 3-5 min dollar ətrafında ola bilər”.
Əslində, Heyes bu fikirləri "HODL” etməyə davam edən uzunmüddətli BTC investorlarının əksəriyyətinin mövqeyini əks etdirir. Bu insanlar qiymət azalmalarını bir fürsət olaraq görür və daha çox BTC alırlar.
Dəyişkənlik qiymətə bağlıdır
İnvestorların əksəriyyəti kriptovalyutaların, xüsusilə də Bitcoin-in dəyişkənliyinin qiymət hərəkətlərindən ibarət olduğunu düşünür. Lakin Heyesə görə, qiymətin aşağı səviyyədə qalması bazarda dəyişkənlik səviyyəsini azaldır.
Heyes əvvəllər Bitcoin-in böyük düzəliş hərəkətləri etdiyi vaxtlara diqqət çəkərək qiymətdə yuxarı yönlü qırılmanın yaşanacağına inandığını bildirib. Hətta bu günlərdə bazarda artan əməliyyat həcmi nəzərə alındıqda, qırılma gözləniləndən tez başlaya bilər.
Mütəxəssisin fikrincə, buğa bazarını sürətləndirəcək ən vacib tənzimləmələrdən biri Bitcoin ETF-ləridir. Heyes ETF-lərin gəlməsi ilə bazaryaradıcı qurumların oyuna daxil olacağını və beləliklə masaya daha çox real pulun qoyulacağını düşünür. (kripto.az)