Xəbər lenti

Ekonomiks 19:03 15.04.2019

"Bitcoin"in qiyməti 1 milyon dollar ola bilər

"Bitcoin"in növbəti 7-10 il ərzində 1 milyon dollara qədər dəyər bahalaşa bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "PayPal" direktoru, həmçinin "Xapo" kriptovalyuta şirkətinin sahibi Venses Kasares "Ikigai Asset Management" dərc etdiyi məqalədə yazıb. 

Kasares kriptovalyuta investisiyaları ilə maraqlanan şəxs və qurumlara məsləhətlər verib. Onun sözlərinə görə, "Bitcoin"ə ən çox 100 min dollar yatırmaq lazımdır. Bu məbləğ, növbəti 7-10 il ərzində dəyər qazanaraq 25 milyon dollara çata bilər. Əgər "Bitcoin"lə bağlı proqnozlar doğru çıxmasa, 100 min dollar itirmək nəhəng şirkətlər üçün böyük itki hesab edilməyəcək. Kasares bildirir ki, kriptovalyutaya investisiya yatırmaq risklidir, lakin belə bir addımı atmamaq da ağılsızlıqdır.

Hazırda 3 milyon kriptovalyuta istifadəçisi var. Hər gün 1 milyard dollarlıq əməliyyat icra edilir. İstifadəçilərin sayı 3 milyarda yüksəlsə, "Bitcoin"in bazar dəyəri 21 trilyon dollara bərabər olacaq.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->