"Ermənistan hakimiyyəti gözləyir ki, Rusiya strateji tərəfdaş kimi ölkəmizin sərhəddində Azərbaycanın son hərəkətləri nəticəsində yaranmış problemlərin həllinə kömək edəcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən illik iclasında iştirak edən Qriqoryan iddia edib ki, Sovet dövründə mövcud olan bütün xəritələrə görə, hazırda Azərbaycan qoşunlarının yerləşdiyi hissə Ermənistanın suveren ərazisi hesab olunur.
Azərbaycanın hərəkətlərini "təcavüz" kimi qiymətləndirən Qriqoryan 1997-ci ildə Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi xatırladıb. O qeyd edib ki, Yerevan məsələnin diplomatik yolla həll olunmasının tərəfdarıdır: "Amma bu mümkün deyilsə, məsələ hərbi yolla həll edilməlidir”.
Qeyd edək ki, MDB Təhlükəsizlik Şurası katiblərinin görüşü çərçivəsində Qriqoryan və azərbaycanlı həmkarı arasında ayrıca görüş nəzərdə tutulmur.
Telman