Xəbər lenti

"Bizə hazırda dayaq rolunu oynayacaq hər hansı bir sənəd lazımdır" - Arif Əliyev
Siyasət07:59 17.04.2023

"Bizə hazırda dayaq rolunu oynayacaq hər hansı bir sənəd lazımdır" - Arif Əliyev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bütün çətinliklərə, problemlərə baxmayaraq, iradə nümayiş etdirib, Vaşinqton görüşünə qatılmaq lazımdır. İnanıram ki, maneələrə baxmayaraq, Vaşinqton görüşü baş tutacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai məsələlər üzrə mütəxəssis Arif Əliyev son hadisələr fonunda Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilməsi gözlənilən görüşlə bağlı danışarkən deyib:
"Tərəflərdən hər hansı biri Vaşinqton görüşündən çəkinsə, bu, səhv addım olacaq. Çünki son günlər Azərbaycana qarşı ermənilər tərəfindən edilən təxribatlar və hadisələrin bir-birilə bağlılığı heç kimdə şübhə doğurmur. Qərb masasında Azərbaycan və Ermənistan rəhbərləri və nümayəndələrinin görüşəcəyi barədə anonsun verildiyinin səhəri günü toqquşma, təxribatların olması az qala artıq ənənəyə çevrilib. İstənilən görüşlərin kiçik də olsa nəticəsi olur. İndiki mərhələdə isə tərəflər prinsipcə nəticəyə xeyli yaxındırlar".
Söhbət burada son nəticə deyil, çərçivə sazişindən gedir. Amma nəyəsə dayaq vermək lazımdır. Bizə hazırda dayaq rolunu oynayacaq hər hansı bir sənəd gərəkdir. Onun bağlanması ərəfəsində təxribat və təzyiqlərin çox olacağına da özümüzü hazırlamalıyıq. Burada başqa marağı olan dövlətlər də var. Həmçinin istənilən təxribata əl atmaq üçün güclü əsaslar var. Çünki ortada güclü nifrət və inamsızlıq var. 10 noyabr bəyanatının hüquqi əsası isə dəqiq bəlli deyil. Digər tərəfdən, sənədi imzalayanlar onu icra etmirlər. Bu baxımdan, Vaşinqton görüşünə çoxları ümidlə yanaşır”. 
Rüfət Sultan