"Bizim Market" mağazalar şəbəkəsi barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, "Bizim market” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb. Protokola Xətai Rayon Məhkəməsində baxılır.
İddia təsdiqini taparsa, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə gözləyir.
Əhməd